The Independent, 12 iyun 1992-ci il
Frederik Lenqeyn
“Arif Sadıqov Bakının Xəzər dənizi meydanında kafe-barın kölgəsində sakitcə oturub, üç ay əvvəl Xocalıdan qaçmağa çalışarkən ermənilərin açdığı güllədən yırtılmış şalvarının tikişlərini göstərirdi”- deyə Hugh Popo yazır.
“Hələ də eyni paltarları geyinirəm, başqa paltarım yoxdur”, Xocalı faciəsi haqqında danışmağa başlayarkən 51 yaşlı dülgər deyir. “Beş yerdən yaralanmışdım, sağ qaldığım üçün bəxtim gətirib”.
Sadıqov və arvadı artıq bir ay idi ki, yeməksiz və işıqsız qalmışdı, vertolyot uçuşları isə 12 gün idi dayanmışdı. Ermənilərin Qarabağdan kənarda dağılmış Azərbaycan şəhərlərini tərk etmiş 2000-3000 insanı ətrafda dusdaq saxladıqlarını bilirdilər.
“Təxminən gecə saat 23:00-da indiyədək heç vaxt eşitmədiyimiz bir bombardman başladı, 8-9 növ silah, artilleriya qüvvəsi, ağır pulemyotlar, əllərində olan bütün növ silahdan atəş açırdılar”- Arif Sadıqov dedi.
Ermənilərin atəş açdığı yerlərdə qonşular küçəyə axışmağa başladılar. Bəziləri sığınacaqlarda gizlənir, bəziləri isə axın boyunca qarlı meşənin içindən keçərək təpənin aşağısına doğru şəhəri tərk etməyə başladı.
Şəhərin əhalisi xilas olmaq üçün təxminən 15 mil məsafədə yerləşən Azərbaycan şəhəri Ağdama çatmalı idilər. Ağdama çatacaqlarını düşünürdülər, ancaq sübh çağına qədər Azərbaycanın iki – Naxçıvanik və Sədərək kəndləri arasındakı dar keçidə çatdılar.
“Ona qədər qrupdan heç kəsə bir şey olmamışdı… Ancaq yolda önümüzdən maşın keçdi, ele o an ermənilər atəş açmağa başladı”- deyə Sadıqov bildirdi. Sadıqov 80 nəfərlik qrupdan arvadı və hərbçi oğluda daxil olmaqla ancaq 10 nəfərin atışmadan sağ çıxdığını deyir. 67 yaşlı böyük qardaşı da daxil olmaqla qohumlarından yeddisi həyatını itirdi.
“Yalnızca onun yanına çatıb papağı ilə üzünü örtməyə imkan tapdım”, böyük türk papağını gözlərinin üstünə çəkərək dedi. “Ölənlərdən heç kəsin meyidini geri ala bilmədik”.
Birinci qrup qoruyucu atəşdən faydalanmağı bacarmışdı. Evakuasiyada iştirak edən qəhrəmanlardan biri Əlif Hacıyev üçüncü qrupun keçməsi üçün onları qoruyarkən silahın darağını dəyişəndə güllələnərək öldürülmüşdü, – Sadıqov dedi.
Başqa bir qəhrəman, Xocalı meri Elman Məmmədov deyir ki, o və digərləri fevralın 26-da bütün günü, üç erməni zirehli qoşun daşıyıcısı olan döyüş maşınlarını çıxmaz dalanda saxlamağa çalışarkən, ölü cəsədlərin arasında kol-kos dolu təpənin ətəyində qalmağa məcbur olmuşdular.
Sağ qalanlar Ağdama çatmaq üçün son kilometri güclə qət edərək şəhərə daxil olarkən, Qarabağ əhalisinin böyük bir hissəsinin qaçıb getdiyi Ağdamda yaşayış üçün şərait olduqca pis idi. “Şəhərə çatdığımız gündən bir gecə sonra ermənilərin şəhərə raket hücumu olmuşdu. Bəzi adamlar getməyə davam edirdilər” – deyə Sadıqov bildirdi. “Müalicə almaq üçün xəstəxanaya getməli oldum. Vəziyyətim olduqca ağır idi. Hətta corabımda belə güllə aşkar etmişdilər”.