XOCALI

Layihənin bu hissəsində siz ümumilikdə Xocalı rayonu, onun coğrafi, təbii və tarixi şəraiti, işğaldan əvvəlki həyat tərzi; 1992-ci ilin soyuq qışında ermənilər tərəfindən Xocalı şəhərinin necə yerlə-yeksan edildiyi və onun dinc sakinlərinin xüsusi amansızlıqla qətlə yetirildiyi və işgəncələrə məruz qaldığı; Xocalının strateji məkan kimi işğalı və günahsız insanların qətlə yetirilməsinin ermənilər üçün niyə əhəmiyyətli olması; və nəhayət, Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsi uğrunda Vətən Müharibəsi və geri qayıtmaq ümidi və həmin ərazilərdə həyatın yenidən qurulması və dirçəlməsinə başlamaq haqqında məlumatları əldə edə bilərsiniz.