BEYNƏLXALQ TANINMA
Xocalı soyqırımı Birinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ağır cinayətdir.
Xocalı rayonu işğal zamanı Azərbaycanın keşmiş Dağlıq Qarabağ ərazisində yerləşirdi. Xocalının strateji əhəmiyyəti onun regionun əsas magistral yollarının kəsişməsində yerləşməsi, eləcə də Dağlıq Qarabağda yeganə hava limanının olması ilə bağlı idi. 1992-ci il fevralın ikinci yarısında Xocalı erməni hərbi birləşmələri tərəfindən tam mühasirəyə alınmış və yerli mülki əhalinin mühasirəni yarmaq cəhdlərinin qarşısı alınmışdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədə olan Xocalı şəhərinin dinc əhalisinə ağır hərbi texnika ilə hücum edərək, görünməmiş vəhşiliklə insanları qətlə yetirmiş, şəhəri yerlə-yeksan etmişlər.
Bu cinayət nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 mülki şəxs milli mənsubiyyət zəminində vəhşicəsinə qətlə yetirilib. Xocalı kəndlilərinin başları kəsilib, gözləri çıxarılıb, dəriləri soyularaq diri-diri yandırılıb. Qaçmaq istəyənlər yollarda və meşələrdə pusqu quran erməni qoşunları tərəfindən xüsusi vəhşiliklə öldürülüb.
Xocalı soyqırımı Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi tərəfindən təşkil edilmiş və Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağdakı erməni terror qrupları və Xankəndində dislokasiya olunmuş keçmiş SSRİ ordusu tərəfindən həyata keçirilmişdir.
Cinayətlərini gizlətməyə çalışan narsistlərdən fərqli olaraq, Xocalı soyqırımını törədənlər mülki azərbaycanlılara qarşı törətdikləri vəhşi cinayət əməllərinə haqq qazandırır və öyünürdülər.
Qırğında bilavasitə əli olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın sözləri hər şeyi deyir. “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Biz bu stereotipi qıra bildik”.
Hələ o günlərdə müxtəlif beynəlxalq KİV-lər Xocalıda şahidi olmuş dəhşətli mənzərələrlə bağlı yazılar dərc edirdilər.
Bununla bağlı “Times” qəzeti 4 mart 1992-ci ildə yazırdı: … “Bir çox insan şikəst edildi və yalnız bir balaca qızın başı qaldı”.
1994-cü ildən Azərbaycan Respublikasının Parlamenti fevralın 26-nı Xocalı Soyqırımı Günü elan etdi. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və ağırlığı BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada göstərilən soyqırım sözünün tərifinə tam cavab verir. Bu ərazidə qəsdən törədilmiş qırğın sakinlərin sırf azərbaycanlı olduqları əsas gətirilərək məhv etmək məqsədi ilə törədilib.
Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi digər dəhşətli faciələrindən heç də fərqlənmir.
Bu arada bir çox ölkə və şəhərlərdə soyqırımla bağlı Beynəlxalq Maarifləndirmə Kampaniyası olan “Xocalıya ədalət” kampaniyası həyata keçirilir və Xocalı faciəsinin soyqırım aktı kimi tanınmasında mühüm rol oynayır.
Bir sıra beynəlxalq təşkilatlarla yanaşı, müxtəlif ölkələrin parlamentləri, məsələn, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Şotlandiya, Panama, Sloveniya, Cibuti, Paraqvay və İndoneziya artıq beynəlxalq hüquq normalarına uyğun olaraq Xocalıda törədilən qətliamı tanıyıb.
Bundan başqa, ABŞ-ın 24 ştatının qanunverici orqanları, o cümlədən Massaçusets, Texas, Nyu-Cersi, Men, Nyu-Meksiko, Arkanzas, Corciya, Oklahoma, Tennessi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Minnesota, Qərbi Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho, Viskonsin ştatı Milvaukee County və Nevada müvafiq qətnamələr qəbul edib.
Resolution of 01/02/2012 and 02/02/2017
Document
The Second Commission of the House of Representatives of the Congress / Decision of 30/07/2013
The Foreign Relations Commission of the Senate of the Congress / Record of 20/02/2017
Document
Resolution of 30/11/2011
Document
Amerika Birləşmiş Ştatlarının və dünyanın digər şəhərlərinin Xocalı ilə bağlı qəbul etdikləri qətnamələr
Resolution of 26/02/2015
The House of Representatives of the General Assembly
Proclamation of 26/02/2017
Document
In memoriam of 16/04/2013 and 25/02/2015
Document
Proclamation of 02/03/2016
Document
Resolution of 24/02/2012
The Office of the Governor
Statement of 26/02/2015
Document
Resolution of 26/02/2014
The Office of the Governor
Resolution of 26/02/2014
Document
Document
Resolutions of 18/03/2013 and 24/02/2015
Document
Document