The Times, 2 mart 1992-ci il
Anatol Liven erməni qoşunları tərəfindən qaçqınların kütləvi şəkildə qətlə yetirilməsini araşdırmaq üçün əraziyə səfər edən zaman atəşə məruz qaldı.
Dağlıq Qarabağın qarla örtülmüş təpələrinə endiyimiz zaman, biz səpələnmiş cəsədləri gördük. Açıq-aşkar görünürdü ki, qaçqınlar xilas olmaq üçün qaçdıqları zaman atəşə məruz qalmışlar. Üzərindən keçdiyimiz yerlər barədə çəkilən və sonra jurnalistlərə göstərilən Azərbaycan filmi təpələrin müxtəlif yerlərinə səpələnmiş onlarla cəsədi nümayiş etdirirdi.
Azərbaycanlılar iddia edirlər ki, keçən həftə ermənilər tərəfindən işğal edilən Xocalı şəhərindən qaçaraq canını qurtaran 1000 nəfərədək azərbaycanlı kütləvi qırğında qətlə yetirildi. Təxminən 4000 nəfərin isə yaralandığı, soyuqdan donduğu və ya itkin düşdüyü güman edilir.
Mülki helikopterin işi dağlara enmək və kütləvi qırğın yerlərində cəsədləri yığmaq idi.
Helikopter 4 cəsədi götürdü, azərbaycanlı kinooperator təpələrdəki onlarla meyiti bu və əvvəlki səfər zamanı lentə almışdı.
Ağdamdakı aerodromda mülki helikopterin topladığı cəsədlərə nəzər saldıq. İki nəfər yaşlı kişi və bir balaca qızın bədəni qanla örtülmüşdü və aşağı ətrafları isə soyuqdan və ağır şəraitdən bükülmüşdü. Onlar güllələnmişdi.