1992-ci il fevralın 25-dən əvvəl mən Xocalıda ailəm, yəni yoldaşım İltima Möhtərəm qızı Kərimova, oğlum Alqayıt və qızlarım Aynurə, Aygün və Yeganə ilə yaşayırdım. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı işğal olundu. Həmin an mən dəmir yolunun yaxınlığında pulemyotla növbədə dayanmışdım. Evə qayıdanda ailəmi orada görmədim. Qarqar çayı istiqamətində getdim, çayın yanında ailəmi və şəhərin 20-25-ə yaxın sakinini, əsasən də qadın və uşaqları gördüm. Həmin andaca ermənilər bizi mühasirəyə alaraq güllələdilər. Mən də atəş açdım, lakin pulemyotun qundağı çox qızdığından və parçalara bölündüyündən onu çaya atdım. Ermənilər məni sağ budumdan vurdular və əsir aldılar. Onlar aralarında bir neçə rusun olduğu, lakin adlarını bilmədiyim saqqallı şəxslər idi. Pulemyotun lüləsi və taxta parçaları ilə bizi qəddarcasına döydükdən sonra piyada getməyə məcbur etdilər və Xocalıda bir mağazaya yığdılar. Onlar həmçinin başqa insanları da ora gətirdilər. Orada təxminən 30 nəfər adam vardı. Hüseyn Sarıyev, Həsən Həsənov, Ələsgər və Şərqiyyəni, qızları Alimə və İradəni xatırlayıram.
1992-ci il fevral ayının 26-da onlar bizi bir avtobusa yığdılar və Xankəndindəki lal insanlar üçün olan məktəbə gətirdilər. Adlarını bilmədiyim ermənilər bizə dəhşətli işgəncələr verdilər. Bir erməni pulemyot silahın lüləsi ilə vuraraq alnımı partlatdı. Onlar Şərqiyyənin 24 yaşlı qızı İradəni soyunduraraq, ona təcavüz etdilər, sonra isə döyməyə başladılar. Ermənilər mənim yoldaşım İltiması da cinsi zorakılığa məruz qoydular və onu çirkinləşdirmək üçün saçlarını kəsdilər. Ermənilər mənim 6-7 yaşlı uşaqlarımı beton döşəməyə çırpdıqlarından, övladlarım hələ də baş ağrısından əziyyət çəkir.
Daha sonra ermənilər məni yoldaşımdan ayırdılar və zirzəmiyə ataraq dəhşətli işgəncələrə məruz qoydular. Mənim soldan dörd qabırğam zərbədən çatladı. Bir erməni bıçağı sol çiynimə batıraraq, sinəmdən çıxartdı və bir parça kağızı alovlandıraraq saçımı yandırdı və daha sonra zirzəmiyə atdı. Orada mən gücdən düşərək inildəyən həyat yoldaşımı, uşaqlarımı, digər kişi və qadınları gördüm.
1992-ci il martın 5-də onlar məni ailəmdən ayırdılar və Hüseyn, Elbrusla birgə Xankəndi Polis Təcridxanasına gətirdilər. Burada biz Əsgəran Polis Bölməsinin rəhbəri Ağacanyan tərəfindən döyüldük. Gözlərimizin qarşısında onlar Xocalı sakini Məmmədəlinin oğlunu öldürdülər. Bir həftə sonra onlar digər Xocalı sakinləri Canahat, Əlif Hacıyevin atası Lətif Məmmədovu, Qayimi, Kamil Hüseynovu, Əbülfəti, Əlini və onun oğlu Nəbini oraya gətirdilər. Onlar orada da bizə işgəncə verdilər.
1992-ci il aprelin 16-sı onlar məni və Kamili Xankəndi rayonunda Xanbağı adlanan yerə gətirdilər və orada 5 gün rus əsgərləri ilə birgə bizi döydü, təhqir etdi və işgəncələr verdilər.
1992-ci il aprelin 20-də onlar bizi Yerevana və bundan sonra isə Goris və Mehriyə gətirdilər. Orada bizi daima döyüldüyümüz və təhqir olunduğumuz zirzəmidə saxladılar.
1992-ci il iyulun 24-də onlar məni və Kamil Hüseynovu Qubadlı bölgəsinə gətirdilər və azad etdilər. May ayında ailə üzvlərimi dəyişdilər.
Əsirlikdə qaldığım zaman aldığım zədələrə görə görmə qabiliyyətim pisləşdi və indi Göz Xəstəlikləri İnstitutunda tibbi müalicə alıram.
Bundan başqa bütün mal varlığım ermənilər tərəfindən talan edildi.