Trud, 6 mart 1992-ci il
Qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla min nəfərdən çox ölü, yüzlərlə yaralı, itkin düşən, girov götürülənlər – bunlar Ermənistan silahlı birləşmələrinin Azərbaycan şəhəri olan Xocalını ələ keçirməsinin rəqəmli nəticələridir. Bu rəqəmlər Bakıda yerli və xarici jurnalistlər üçün təşkil edilən mətbuat konfransında Azərbaycan Prezidentinin Mətbuat Xidməti tərəfindən elan edilib.
Xocalı Rayonu İcra Hakimiyyətinin rəhbəri E.Məmmədov baş verənləri dörd illik münaqişə müddətində misli görünməmiş faciə adlandırdı. O, şəhərin 20 yanvar tarixindən tam olaraq blokadada olduğunu söylədi. Şuşa yaxınlığında səmada mülki helikopter vurulduqdan və yerə endirildikdən sonra kənar həyat ilə sonuncu əlaqə olan hava nəqliyyatı xidməti də dayandı. Bu səbəbdən, şəhərə yaxın vaxtlarda hücum olacağını bildiyi halda belə onun müdafiəçiləri hətta qadın və uşaqları evakuasiya edə bilmədilər. Xocalı bir neçə saat kütləvi şəkildə bombardman olunduqdan sonra sağ qalanlar xarabalığa çevrilmiş və alovlu şəhərdən çıxmağa cəhd etdilər. Lakin silahlılar nə qadın, nə də uşaqlara aman vermədən insan kütləsinə yaxın məsafədə atəş açdılar. 2000-dən az əhali Ağdama çata bilib. Öldürülən və yaralananlardan başqa xeyli sayda insan don vurmanın qurbanı olmuş, həmçinin amansız işgəncə və xəsarətlər almışdır.
Elmira Qafarova Respublikanın Ali Sovetinin sədri Azərbaycan Parlamentinin dünən Bakıda başlanan fövqəladə sessiyasında sağlamlıq səbəbləri ilə öz istefasını irəli sürdü. Deputatlar Parlament sədrinin istefasını qəbul etdilər. Azərbaycan Tibb Universitetinin rektoru və Respublikanın Elmlər Akademiyasının müxbir üzvü Y.Məmmədov Parlamentin yeni sədri seçildi.
T.Qasımova, Bakı
Əvvəlki gün axşamdan başlayaraq Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Sırxavənd kəndinin bombalanması yalnız dünən səhər dayandırıldı. Qarabağ zonası üzrə Daxili İşlər İdarəsinin məlumatına görə bu qəsəbənin bombalanmasından sonra təxminən 10 nəfər şəxs həlak olmuş və yaralılar da var. Erməni birləşmələrinin Sırxavənd kəndini ələ keçirmək üçün dünənki səyləri zirehli texnikanın dəstəyi ilə iflasa uğradı.