1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını işğal etdilər. Ailəm – yoldaşım və üç uşağımla birlikdə meşəyə qaçdıq. Ermənilər bizi mühasirəyə aldılar. İnsanların çox olduğu istiqamətə doğru atəş açmağa başladılar. 12 yaşlı oğlum Ceyhun və mən yaralandıq, sonra Ağdam rayonu yaxınlığında Qaraqaya adlanan yerdə digər ailə üzvlərindən ayrıldıq. Orada iki silahlı erməni əsgəri tərəfindən əsir alındıq. Xankəndindən Gülli adında qadın və oğlu da bizimlə idi. Qadın bütün pulunu yandırdı. Ermənilər bunu görən zaman hər ikisini öldürdü. Çantamdan pulu və qızıl əşyalarımızı götürdülər. Sonra Xankəndində bir evə gətirərək bizi orada 3 gün saxladılar. Ev sahibinin adı Sarkis idi. Oğlu Karlen Ayrumyan Azərbaycanda həbsxanada idi. Sonra ermənilər bizi Əsgəranda onun oğluna dəyişdilər.