1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıya basqın etdilər. Evləri yandırıb, günahsız insanları öldürdülər. Meşəyə güclə qaçaraq 5 gün orda qaldıq. Hava olduqca şaxtalı idi. Soyuqdan donmuşduq. Bu vəziyyətdə əsir götürülərək bir neçə gün girov saxlanıldıq. Sonra bizi erməni əsirlərlə dəyişdirdilər. Əsgəranda qaldığımız günlərdə bizi dəyənəklə amansızcasına döyürdülər. Ermənilər üzüyümü, boyunbağımı, sırğalarımı, bütün pulumu əlimdən aldılar. İşgəncələrin nəticəsidir ki, tez-tez baş ağrılarım olur, əsəb xəstəliyindən əziyyət çəkirəm.