1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını tutdular. Onlar günahsız insanları öldürdü, evləri yandırdı, insanların mal-mülkünü talan etdilər. Xocalının sağ qalmış sakinləri müxtəlif istiqamətlərə qaçdılar. Biz meşəyə qaçdıq və orada gizləndik. Naxçıvanik yaxınlığında 4 gün boyunca gizləndikdən sonra təxminən 30 erməni əsgəri bizi əsir alaraq, erməni kəndinə gətirdi. Dondurucu şaxtalı havada onlar bizi ayaqyalın gəzməyə məcbur edirdilər. Aclıqdan, şaxtadan ölən insanlar var idi. Erməni kəndində bizi bir zirzəmiyə ataraq vəhşicəsinə döydülər. Gözümün önündə 7-8 azərbaycanlını güllələyərək qətlə yetirdilər. Sonra bizi Əsgərana apararaq həbsxanaya saldılar. Bizə yemək və su vermirdilər, vəhşicəsinə döyür, yanan siqaretlə kişi və qadınların bədənini dağlayırdılar. Bütün pulumuzu, qızıl əşyalarımızı götürdülər. Mənim qızıl boyunbağımı, saatımı, üzüyümü və sırğalarımı götürdülər. Müqavimət göstərdiyimizdə isə vəhşicəsinə bizi döyürdülər. Xocalıdan çıxdıqdan sonra ermənilər bütün var-dövlətimizi taladılar. Evimizi dağıtdılar. Bizi əsir aldıqlarında iki qayınım da bizimlə idi. Onlardan biri Mikayıl Zahid oğlu Quliyev intihar etdi. Azad Zahid oğlu Quliyev isə ermənilər tərəfindən əsir götürülərək 28 gün girov saxlanıldı. Əsgəranda bir gün ermənilər məni əsir saxladıqdan sonra danışıq apararaq məni başqası ilə dəyişmişdilər.