Kitablar


Svante E. Kornell

Azərbaycan Müstəqillikdən sonra [ingiliscə] (Armonk: M.E. Sharpe, 2011).

“Lakin qaçan Xocalı sakinləri yaxınlıqdakı Naxçıvanlı kəndinin ətrafına yaxınlaşdıqda onları qurğuşun və odla qarşıladılar”, s. 62.

Tomas Qoltz

Azərbaycan Gündəliyi: Neftlə zəngin, mühari dağıntıları yaşamış, postsovet respublikasında dəliqanlı jurnalistin sərgüzəştləri (Teas press, 2008).

“Həyəcanın səbəbi bəlli idi: Xocalıda nə telefon işləyirdi, nə də başqa bir şey - nə işıq, nə istilik sistemi, nə də su sistemi. Xarici dünya ilə yeganə əlaqə hər uçuşda təhlükə altında olan helikopter idi”.


Human Rights Watch

Azərbaycan: Dağlıq Qarabağda yeddi illik münaqişə [ingiliscə] (Nyu-York, 1994).

“1992-ci ilin fevralında... 366-cı motoatıcı alayının əsgərlərinin dəstəyi ilə Qarabağ erməni qüvvələri azərbaycanlıların yaşadığı Xocalı şəhərini ələ keçirdilər... Hücumda 200-dən çox dinc sakin öldürüldü ki, bu, indiyədək münaqişədə ən böyük qırğın idi”, s. 6.

Markar Melkonian

Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti [ingiliscə] (I.B.Tauris, 2005).

“Orada, təpələrdə, təhlükəsiz yerə çatana qədər Dağlıq Qarabağın erməni əsgərləri onları təqib etmişdi... Daha sonra Arabo əskərləri uzun müddətdir yanlarında gəzdirdikləri bıçaqları çıxarıb insanları bıçaq­lamağa başladılar”, s. 213.


Samuel A. Veems

Ermənistan: “Xristian” terror dövlətinin sirləri [ingiliscə] (St. John’s Press, 2002).

““Erməni terrorçuları bir neçə müsəlmanı qətlə yetirib, sağ qalanları qızışdırırdılar. Bu cür hərəkətlərin məqsədi müsəlmanları azlıqdakı xristianlara qarşı təhrik etmək idi”. s. 20.

Tale Heydərov and Fiona Maçlaçlan

Xocalı müharibə cinayətinin şahidi: Ermənistan müttəhim kürsüsündə [ingiliscə] (Ithaca Press, 2014).

“Şəhər əhalisinin cinayəti? Azərbaycanlı kimi onlar mücərrəd “Böyük Ermənistan” arzusuna əngəllər törədirdilər”.


Heydər Əliyev Fondu

Xocalı Soyqırımı [ingiliscə] (Bakı, 2015).

“Başqaları, əsasən qadınlar və uşaqlar dağlarda sərgərdan gəzərkən şaxtadan ölüblər. Yalnız bir neçə nəfər Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildi” s. 22.

Tomas de Vaal

Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (İlay MMC, 2008).

“Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini düşünürdülər, ermənilərin dinc əhaliyə əl qaldıra bilməyən adamlar olduğunu düşünürdülər. Biz bu [stereotipi] qıra bildik”.


Rabbi Israel Barouk

XOCALI: Bəşəriyyətə qarşı cinayət [ingiliscə] (Berkeley Press, 2016).

“Ümid edirəm ki, Xocalı soyqırımı kimi faciəli hekayələri danışmaqla dünyamız nəhayət “Bir daha heç vaxt” sözünün əsl mənasını öyrənəcək”, səh. 11.

Raoul Lovery Contreras

Dağlarda qətl: Xocalıda müharibə cinayətləri və Dağlıq Qarabağ münaqişəsi [ingiliscə] (Berkeley Press, 2016).

“Xocalı əhalisi təqib edildi və yetəri qədər cəld olmayanlar - qadınlar, uşaqlar və qocalar - Ermənilərin “təhlükəsiz keçid zonası” və ya “humanitar dəhliz” adlandırdıqları yerdə qətlə yetirildi”.


Elxan Süleymanov

Xocalı Soyqırımı: Milyon İmza - Bir Tələb [ingiliscə] (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, 2007).

“Sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə erməni silahlılarının insanlığa qarşı törətdikləri bu cinayət ağır qırğınla nəticələndi”.

Reza Deqati and Raçel Deqati

Azərbaycan: Günahsızların qırğını [ingiliscə] (2014).

“Mən bu kitabı Xocalıda və dünyanın başqa yerlərində yaşayan, övladını, atasını, qardaşını və ya yoldaşını itirmiş, münaqişələrin günahsız, səssiz qurbanlarına - qadınlara həsr edirəm”.


Eldar Səmədov

Terror: hadisələr, faktlar, sübutlar [ingiliscə] (Hertfordshire Press, 2015).

“Onun eskalasiyası erməni terrorçu və digər silahlı dəstələrinin təkcə intensiv silahlı qarşıdurmaların getdiyi ərazilərdə deyil, həm də döyüş bölgələrindən uzaqda törətdikləri terror aktlarını əhatə edir”.

Çarles van der Leeuv

Azərbaycan: Şəxsiyyət axtarışı: Qısa Tarix [ingiliscə] (St. Martin Press, 2000).

“Ümumilikdə, ən azı min mülki şəxsin vəhşilikdə öldüyü və ya sağ qalmaq ümidi olmadan itkin düşdüyü bildirilir”, s. 171.


Heiko Krüger

Dağlıq Qarabağ münaqişəsi: Hüquqi Təhlil [ingiliscə] (Springer, 2010).

“Ən faciəli hadisələrdən biri Xocalıda erməni birləşmələri tərəfindən xeyli sayda mülki azərbaycanlının qətlə yetirilməsi olmuşdur”, s. 117.