The Independent, 29 fevral 1992-ci il
Helen Vomak
REUTER-in Ağdamda olan müxbiri Elif Kabаn xəbər verir ki, çərşənbə günü bölgənin ikinci ən böyük yaşayış məntəqəsi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı törədilmiş qırğından sonra azərbaycanlılar həlak olan çox sayda insanı dəfn edirdilər. “Dünya burada baş verənlərə üz çevirir. Biz ölürük, siz isə sadəcə baxırsınız”, – deyə yas tutanlardan biri bir qrup jurnalistə qışqırdı.