BBC1 Səhər Xəbərləri Çərşənbə axşamı, 3 mart 1992, 08:12
Narahatedici şəkillər dağdan toplanılmış bir çox mülki insanın cəsədlərini göstərirdi. Müxbir, operator və qərbli jurnalistlərlə birlikdə ermənilər tərəfindən qətlə yetirilmiş 100-dən çox kişi, qadın və uşaq meyiti gördüyünü bildirdi. Onların başlarına 1 metr kimi yaxın məsafədən atəş açılmışdı. Şəkillər, həmçinin 10-a yaxın cəsədin (əsasən qadın və uşaqların) başından vurulduğunu əks etdirirdi. Azərbaycan tərəfi 1000-dən çox sivilin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini bildirib.