The Irish Times, 12 mart 1992-ci il
Cənab – Sizin oxuyucuların Dağlıq Qarabağda vəziyyət barədə daha obyektiv məlumatlandırılması üçün aşağıdakı məqamlar qeyd edilməlidir:
Bu məsələdə fakt odur ki Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir. Ermənilərin bu regiona ərazi iddiaları və status-kvonu dəyişdirmək cəhdləri münaqişənin əsas səbəbidir. Azərbaycan bu regionda ictimai qaydanı təmin etmək hüququna malikdir və ermənilər heç bir etiraz olmadan bu təməl şərti qəbul etməlidir, güc tətbiq etməklə və terrorçuluqla konstitusiya hakimiyyətinə zərbə vura bilməz.
Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlılar onları öz yurd-yuvalarından didərgin salmaq məqsədini güdən ermənilərin mütəmadi təhdidləri və hücumları ilə qarşılaşmaqdadır. Nəticədə minlərlə azərbaycanlı öz evlərindən və kəndlərindən çıxmağa məcbur edildi. Erməni hərbiçiləri keçən həftə uşaq, qadın və yaşlılara heç bir fərq qoymadan təxminən 1000 nəfər azərbaycanlı mülki əhalini qəddarcasına qətlə yetirmişdir. Bu qətliam hər kəs tərəfindən açıq və ciddi şəkildə qınanmalıdır.
Digər tərəfdən 9 mart tarixli buraxılışınızda düzgün olaraq qeyd etdiyiniz kimi istənilən tərəfin xeyrinə münaqişədə üçüncü tərəflərin cəlb olunması vəziyyəti daha da ağırlaşdıracaqdır.
Dağlıq Qarabağa aid bütün məsələlər azərbaycanlılar və ermənilər arasında kənar müdaxilə olmadan danışıqlar yolu ilə, sərhədlərin yalnız müvafiq dövlətlər tərəfindən dəyişdirilə bilməsi və Dağlıq Qarabağın sakinlərinin öz insan hüquqlarından tam olaraq istifadə edə bilməsi kimi əsaslar ilə həll olunmalıdır.
Aydın Dursunsoy
Müşavir,Türkiyə Səfirliyi
60 Merrion Road, Dublin 4