1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalını mühasirəyə aldılar və bombaladılar. Biz o vaxt növbətçi idik. Ermənilərlə qarşılıqlı atışmalar gedən zaman əmimoğlu Elşad başından güllə yarası aldı. Anam, dörd qardaşım, əmim nəvələri Zahir, Elmar və onun övladları Klos, Mobil, Güleyşə və mən Əsgəran yaxınlığında mühasirəyə düşdük. Biz Əsgəran Polis Bölməsinə gətirildik və oradan qaçmağa çalışan zaman onlar əmim nəvəsinə arxadan atəş açdılar. Onlar pulemyot lüləsi və dəyənəklə bizi döyərək və təpikləyərək işgəncələr verirdilər. Polis nəfəri Karo mənə daha ağır işgəncələr verdi. Biz oraya gətirilən zaman Natiq, Mehman və Arif şöbədə idilər. Onlar da işgəncələrə məruz qalmışdılar. Təxminən 8 gün sonra onlar bizi Qala adlanan yerə gətirdilər və yenidən qəddarcasına döydülər. Orada Mirzə, Yunus, Hüseyn, İbrahim, Əli, qardaşım İlham, Səadət və Qaradağlıdan olan iki nəfər şəxs də var idi. Onlar bizi Allahverdi Bağırovun köməyi ilə mübadilə etdilər.